Mahnı Teatrında əməkdar artist Lalə Məmmədovanın "Ürəyimdəsən" adlı solo konserti keçirilib. SİA-nın verdiyi xəbərə görə, konsert daha 2 gün davam edəcək.

Səbəbkar səhnəyə çıxaraq konsertə təşrif buyuran hər kəsə öz minnətdarlığını bildirib. Lalə gecə boyu yeni mahnılarını təqdim edib. O, hətta adət-ənənələrimizdən bəhs edən "Xınayaxdı " mahnısı da ifa edib.

Qeyd edək ki, Lalə Məmmədovanın "Ürəyimdəsən" adlı solo konsert maraqlı anlarla yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə