Dünya şöhrətli müğənni Sami Yusuf Türkiyənin Antalya şəhərindəki sevənləri ilə görüşəcək. SİA-nın verdiyi xəbərə
görə, musiqilərində İslamı tərənnüm və təbliğ edən sənətçi "Antalya Expo Center" konsert salonunda Antalya Mədəniyyətlərarası Dialoq Mərkəzinin (AKDİM) Məhəmməd peyğəmbərin (s.ə.s) mövluduna təşkil etdiyi xüsusi proqramda çıxış edəcək. Türkiyədə bu tərz təşkilatda ilk dəfə səhnəyə çıxacaq olan Sami Yusuf, həyəcanını Twitterdə bölüşüb: "6 aprel 2013 tarixində Antaliyada səhnəyə çıxacağıma görə çox xoşbəxtəm!
Hamınızı Türkiyədə görmək üçün səbirsizlənirəm! Hamınız üçün çox darıxmışam".
Mahnıları ilə İslamı tərənnüm edən sənətçi Məhəmməd peyğəmbərin (s.ə.s) mövluduna təşkil edilmiş xüsusi proqramda çıxış edəcək.
Proqramda həmdə "Peyğəmbərimiz" kitabının yazıçısı Rəşid Haylamaz, şair-yazıçı və teleaparıcı Serdar Tuncer və Ertuğrul Erkişi iştirak edəcək.
Qeyd edək ki, proqramın 6 aprel saat 20:00-də 15 min adamın iştirakı ilə reallaşacağı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB