Müğənni Rəqsanə son zamanlar müğənnilərin toy qiymətləri ilə bağlı yayılan məlumatlarda onunla bağlı yanlışlığa yol verildiyini deyib. Müğənni bununla bağlı açıqlama verməsinin vacib olduğunu vurğulayıb. O, SİA-ya toya hansı qiymətə getdiyini açıqlayıb: "Toy qiymətimin guya 4500 manat olduğunu yazıblar. Mən həm Rusiyada, həm də respublikamızda el şənliklərini idarə edirəm. Bakıda yarım saatlıq çıxışımın qiyməti 3 min manatdır. Bütün toyu isə ansamblla birlikdə 10 min manata aparıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB