Azərbaycanın xalq artisti Aygün Kazımova və müğənni Ramal yeni duet üzərində çalışır. SİA-nın verdiyi xəbərə görə, layihə çərçivəsində onların birgə duetləri və Ramalın Aygün Kazımova üçün bəstələdiyi mahnılardan ibarət ayrıca kompakt disk (CD) hazırlanacaq. Layihənin prodüsseri radio aparıcısı Kazım Bağırovdur. Mahnılar artıq seçilib və elə bu gündən etibarən onların səs yazımı başlayıb.
Qeyd edək ki, layihə çərçivəsində ilk duet Novruz bayramı ərəfəsində təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB