Azərbaycan "Ayran"ı dünya səhnəsində

Azərbaycan "Ayran"ı dünya səhnəsində

Ukraynada yaşayan azərbaycanlı gənclərdən ibarət "İ Run project" pop qrupu beynəlxalq musiqi arenasına layihələr hazırlayır. SİA-nın verdiyi xəbərə görə, bu günlərdə Dima Bilan, Vera Brejneva, Dan Balan kimi məşhurların çalışdığı "Wave" production studiyasında "Tonight" mahnısını yazdıran qrup "Worldstar" müsabiqəsində Ukraynanı təmsil edəcək. Mahnının hazırlanmasında qrup üzvləri Ömər Əbdülkərimov, Elvar Qasımov, Rüfət Xanməmmədli iştirak edib. Qrup üzvləri "İ-Run Procet" adına isə belə açıqlama gətirib: O, söz ingilis dilində ayran kimi səslənir. Ayran bizim milli mətbəxin ən dadlı nemətlərindəndir. Biz də musiqi ilə irəlidə olmağı düşünürük. İnanırıq ki, azərbaycanlı musiqiçilər kimi, dünyaya musiqimizlə bağlı bir çox fikirlərimizi çatdıracağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə