Dünya şöhrətli müğənni Rihanna Türkiyəyə gəlir. SİA-nın verdiyi xəbərə görə, ifaçı İstanbulda konsert verəcək. Estrada ulduzu "Diamonds" adlı dünya turnesi çərçivəsində baş tutacaq konserti üçün texniki avadanlıq, səhnə dekorasiyası və digər ləvazimatlarla dolu 200 TIR gətirir. Rihannanın "Beşiktaş İnönü" stadionunda baş tutacaq konsertində 600-dən çox təhlükəsizlik işçisi daxil olmaqla 2 min personal iş başında olacaq.
Qeyd edək ki, sənətçi dünya turnesinə Amerikada start verəcək. İfaçı Amerikanın 28 şəhərində səhnəyə çıxacaq və bunun ardınca Avropanı gəzəcək. 26 mayda İspaniyada başlayacaq Avropa turnesi sıra ilə Avstriya, Türkiyə, Belçika, Finlandiya, Fransa, Almaniya, Hollandiya, Norveç, Portuqaliya, İsveç və İngiltərəni əhatə edir.
Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB