Kanadalı pop-ulduz Justin Bieber "London O2 Arena"da verdiyi konsert zamanı huşunu itirərək yerə yıxılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, həkimlər dərhal səhnəyə qalxaraq müğənnini özünə gətirməyə çalışıblar. Justin Bieber konsertdən sonra Twitter səhifəsində özünü yaxşı hiss etdiyini və fanatlarının ondan nigaran qalmamalarını yazıb: "Xəstəliyim JustinTakeABreak (Justin bir ara ver) adlanır. Amma artıq yaxşılaşıram. Bu gecə mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Siz dünyanın ən yaxşı fanatlarısınız. Sevginiz üçün təşəkkürlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB