Azərbaycanlı müğənni Samir Priyev yaradıcılındakı yenilikləri haqqında danışmaq istəməyib. O, ancaq son 2 həftə ərzində yeni proyektini təqdim edəcəyini deyib. SİA-ya açıqlama verən S.Priyev tamaşaçılarını intizarda saxlayıb: "Yaradıcılığımdakı yeniliyim haqqında məlumat vermək istəmirəm. Amma onu deyə bilərəm ki, son 2 həftə ərzində yeni layihə ilə qarşınıza çıxacam. Hələ ki, məni sevənləri intizarda saxlayıram. Onu da deyim ki, 2013-cü ilin sonunda konsert verməyi düşünürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB