Rihanna 30 Mayda İstanbulda verəcəyi konsert üçün 200 tır ləvazimat gətirir. 6 Grammy mükafatlı estrada ulduzu Rihanna, "Diamonds" adlı dünya turnesi çərçivəsində Türkiyəyə gəlir.

Barbadoslu müğənni, turneye Amerikada start verəcək. Amerikada 28 şəhərdə səhnəyə çıxacaq olan Rihanna, daha sonra Avropanı gəzəcək.

26 Mayda İspaniyada başlayacaq Avropa turnesi, sıra ilə Avstriya, Türkiyə, Belçika, Finlandiya, Fransa, Almaniya, Hollandiya, Norveç, Portuqaliya, İsveç və İngiltərəni əhatə edir.

Türkiyədəki konsert, 30 Mayda BJK İnönü stadionunda baş tutacaq. İstanbul konserti üçün xaricdən 200 tır ləvazimat gətiriləcək. Konsertdə 600-dən çox təhlükəsizlik işçisi olmaq üzrə cəmi 2 min personal vəzifəsini yerinə yetirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə