Teleaparıcının ailəsində itki

Azərbaycanlı teleaparıcı Zemfira Adıgözovanın ailəsində itki baş verib. Teleaparıcının qaynatası dünyasın dəyişib. SİA-ya bu barədə danışan Zemfira hazırda öz səhhətinin də yaxşı olmadığını deyib: "Mart ayının 6-sı qaynatam rəhmətə gedib. Dünyasını dəyişməsinə səbəb xəstə olması idi. Artıq 3 ay idi ki, xəstə yatırdı. 84 yaşı var idi. Həyat yoldaşım və mənimlə birgə qalırdı. Qaynatam rəhmətə gedəndən sonra heç özüm də yaxşı deyiləm. O, öldükdən sonra anlayıram ki, insan gərək özünə fikir versin".

Bütün xəbərlər Facebook səhifəmizdə