Azərbaycanın şou-biznes nümayəndələri xanımlarımızı 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik ediblər. Onların təbriklərini SİA oxucularına təqdim edirik:
Sevda Yahyayeva: "Xanımlarımızı 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edirəm. Onlara xoşbəxtlik arzu edirəm. Elə fürsətdən istifadə edib özümə də qadın xoşbəxtliyi diləyirəm".
Samir Piriyev: "Qarşıdan gələn Beynəlxalq 8 Mart Qadınlar günü münasibətilə analarımızı, bacılarımızı, bir sözlə bütün xanımlarımızı ürəkdən təbrik edirəm. Onlara hər zaman firavan həyat arzu edirəm".
Sevinc Ağaşirinova: "Mən də qarşıdan gələn bayram münasibətilə qadınlarımızı təbrik edirəm. Hər zaman iş və şəxsi həyatlarında bol uğurlar diləyirəm".
Anar Ağakişiyev: "Qadınlarımızı 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edirəm. Allah onları bizə çox görməsin. Həyatı onlarla yaşamaq gözəldir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB