Rəqqasələr Fatimə Fətəliyeva və İlham Kərimli xaricə səfərə hazırlaşır. SİA-nın verdiyi xəbərə görə, rəqqasələrin xarici səfərinin məqsədi Bakıda fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzinin təşkil etdiyi cari ilin 19-26 aprel tarixlərində Qahirədə keçirilən "Milli Folklor və Zərb alətləri" adlı Beynəlxalq Festivalına dəvət edilməsidir. Adıçəkilən mərkəzin müdiriyyəti tərəfindən bir neçə dəfə mükafatla təltif olunan rəqqasələrə, bu dəfə təşəkkürnamə mükafatı ilə təltif olunacağı da gözlənilir. Rəqqasələrimiz ənənəyə görə bu festivala milli geyimdə qatılmalı və milli rəqslərimizi nümayiş etdirməlidir. Hazırda festivala hazırlıqlarını davam etdirən rəqqasələrin festivaldan qayıtdıqdan sonra özləri bu barədə mətbuata açıqlama verəcəyi gözlənilir.
Qeyd edək ki, hər il keçirilən bu festivalda ötən il 23 ölkə Milli folklorlarını nümayiş etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB