Müğənninin hərəkəti tamaşaçıları əsəbləşdirdi

Bütün dünyada məşhur olan gənc müğənni Justin Bieber İngiltərənin paytaxtı Londonda konsert verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, müğənninin səhnəyə 2 saat gec çıxması tamaşaçıların narazılığına səbəb olub. Bieber saat 20:30-də səhnəyə çıxmalı idi, lakin o, 22:20 səhnəyə gəlib. Məşhur müğənninin gecikməsinə hirslənən gənclər, uşaqlar və ana-ataları onu heç də xoş qarşılamayıblar. Beş-altı yaşlı uşaqlar ertəsi səhər məktəbə gedəcəkləri üçün valideynləri ilə birlikdə konsertə qulaq asmadan zaldan ayrılıblar. Tamaşaçılar konsertə qulaq asmadıqları üçün bilet pullarını da geri istəyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə