Kimlər mükafat aldılar?

Dünən "THE BEST OF STAR" adlı mükafatlandırma tədbiri keçirilib. SİA-nın verdiyi xəbərə görə, sözügedən gecədə bir çox şou-biznes əhli, maqazin jurnalistləri və başqaları iştirak edib.

Gecədə mükafat alanlar arasında müğənnilərdən Sevda Yahyayeva, Samir Priyev, Nadir Qafarzadə, Günay İbrahimli, Yaşar Yusub, Murad Sadıx, Sevinc Ağaşirinova, Zarina Məmmədova, Elnur Məmmədov, Samira, stilist Anar Ağakişiyeva, prodüsser Zöhrab Ağayev, maqazin jurnalistlərindən Vüqar İmanov, Fuad Mədətov, Zülfiyyə Qurbanova, Ceyran Əsgərova və digərləri olub.

Nəzərinizə çatdıraq ki, gecəni idarə etmək Samir Bayramlı və İlahə Nizamiqızına həvalə olunub.

Qeyd edək ki, "THE BEST OF STAR" tədbiri www.mtxeber.com saytı və "Show production" ın təşkilatçılığı ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə