Lider Tv-də yayımlanan "Klip parad" verilişi bu həftə maraqlı günə təsadüf edir. Veriliş 8 mart Beynəlxalq Qadınlar günündə efirə gedəcək. Eyni zamanda "Klip parad" verilişinin qonaqları da fərqli olacaq. Sözügedən verilişin qonaqları türkiyəli sənətçilər olacaq. Qardaş ölkənin sənətçiləri arasında müğənni Orhan Ölməz, aktyor Murat Yıldırım və Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova olacaq. Məlahət xanım veriliş zamanı Türkiyədə əziyyət çəkdiyi günlərdən də söz açacaq. O, hətta bir müddət öncə qardaş ölkədə tanınmış aktrisaların bəzənməsi üçün güzgü belə tutduğunu etiraf edib. Lakin bunlardan bezməyən aktrisa hazırda Türkiyədə yeganə qadın rejissorudur və bir çox baş rollarının ifaçısıdır. Adıçəkilən verilişin növbəti qonağı olan Orhan Ölməz yeni albomundan danışıb. O, bu albomunda Azərbaycan mahnısının yer alacağını vəd edib. Aktyor Murat Yıldırım isə azərbaycanlı sənətçilərdən yalnız Röyaya qulaq asdığını dilə gətirib.
Nəzərinizə çatdıraq ki, "Klip parad" verilişinin aparıcısı Sami Oruc, prodüsseri Pərviz Oqtayoğlu, layihə rəhbəri isə Nail Naiboğludur.
Qeyd edək ki, "Klip parad" verilişi mart ayının 8, saat 16:45-də Lider TV-də yayımlanacaq.
"Klip parad" verilişinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB