"Muhteşem Yuzyıl" teleserialının Şehzade Mustafası - Mehmet Günsür Türkiyədəki həyatı ilə İtaliyadakı həyatını müqayisə edib. SİA-nın türk mətbuata istinadən verdiyi məlumata görə, uzun illərdir Romaya gedib gələn aktyor İtaliyada şəxsi həyata hörmət edildiyini vurğulayıb: "İtaliyada mən bəzi məşhur insanlarla eyni məhəllədə yaşayıram. Onların heç kim zorla qolundan tutub fotoşəklini çəkmir."
Nəzərinizə çatdıraq ki, jurnalist Katerina Mongio adında bir qadınla evli olan Günsür yaxın zamanlarda üçüncü övladını da qucağına alıb. Həyat yoldaşı ilə birlikdə İtaliya və Türkiyə arasında daim gedib-gələn aktyor hər iki ölkənin onun üçün çox doğma olduğunu bildirib.
Qeyd edək ki, yaraşıqlı aktyor həyat yoldaşının "Muhteşem Yuzyıl" teleserialını izləmədiyini də söyləyib. Günsür yaxın zamanlarda yenidən musiqi sənətinə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB