İlhamə Quliyeva: "Nazpəri kimdir ki, efirdə ağzına gələni danışır?"

İlhamə Quliyeva: "Nazpəri kimdir ki, efirdə ağzına gələni danışır?"

Azərbaycanın xalq artisti İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevaya cavab verdi. SİA-ya açıqlama verən İlhamə xanım onu "ağ yuyub, qara sərdi": "Nazpəri Dostəliyeva efirlərdə ünvanıma bir çox xoşagəlməz sözlər deyir. Amma bəzi telekanallar mənə hörmət edərək onun söylədiyi sözləri efirə vermirlər. Həmin kadrları da mən əldə etmişəm. Bununla bağlı bir çox müvafiq qurumlara ərizəylə müraciət etmişəm. Nazpəri kimdir ki, efirlərdə çıxaraq ağzına gələni danışır. O, kimdir ki, mənim şərəf və ləyaqətimi tapdayır? Gərək Nazpəri mənə dediyi sözlərə görə, adam içinə çıxmasın. Yenicə ürək əməliyyatı keçirmişəm. Mənim başıma bir iş gəlsə N.Dostəliyeva cavab verə biləcək? Bütün günü əsəb içindəyəm. O, odla oynayır. Məni kiminləsə səhv salır. Onu da deyim ki, Nazpəri məni harda görübsə hər zaman qucaqlayıb, öpüb və deyib ki, məni çox istəyir. Amma son günlərdə mənə elədiyi hərəkətlər heç də bunu demir. Odur ki, mənə dediyi xoşagəlməz sözlərə görə, üzr istəməyənə qədər əl çəkmiyəcəm. Qeyd edim ki, vəkilim bu işlərlə məşğul olacaq. Bir şeyi də xüsusilə diqqətə çatdırım ki, onun öz doğma bacısı Zeynəb Dostəliyeva mənə zəng edərək Nazpəri haqqında şok edici sözlər deyir. Hətta bacısı onun bu hərəkətlərinə görə, zəng edib məndən üzr istədi. Çünki həmkarım bacısını da yola vermir. Onunla da dalaşır".

Bütün xəbərlər Facebook səhifəmizdə