İfaçıdan sevgi etirafı

"Eurovision 2012" mahnı musabiqəsi yarışmasında ölkəmizi uğurla təmsil edən gözəl müğənni Sabina Babayeva dinləyicilərə yeni mahnısının təqdim edib. SİA-nın verdiyi xəbərə görə, Şərq motivlərində səslənən mahnının musiqisi və sözləri Sabina Babayevanın özünə, aranjemanı Emin Kərimiyə aiddir.

Qeyd edək ki, müğənni mahnını həyat yoldaşına həsr edib. 8 Mart tarixində şəhərin ən böyük klublarının birində konsert verəcək ifaçı bu ay ərzində daha bir neçə yeniliklərlə dinləyicilərini sevindirəcəyinə söz verib.

Bütün xəbərlər Facebook səhifəmizdə