Türkiyənin tanınmış sənətçisi, arabesk musiqinin zirvəsi sayılan Müslüm Gürses bir neçə gün bundan əvvəl vəfat edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçinin həyat yoldaşı Muhterem Nur yas mərasimində ayaq üstə dayana bilməyib. Hətta danışmaqda belə çətinlik çəkən Muhterem Nur həyat yoldaşını itirməyin ona verdiyi əziyyəti dilə gətirib: "Nə deyə bilərəm ki, çox təəssüf edirəm. Onu görə bilmirəm, yanına gedə bilmirəm, ona toxuna bilmirəm. Onunla heç nə danışa bilmirəm".
Yanındakı tanışlarının köməyi ilə güclə ayaq üstə dayanan Nur, Gürsesin tabutuna toxunaraq gözyaşlarına hakim ola bilməyib.
Qeyd edək ki, böyük sənətçinin cənazə namazı qılındıqdan sonra tabutu çölə çıxarıblar. Məscidin həyətində böyük izdiham yaşanıb. Mərasimə axın edən pərəstişkarlar gül-çiçəklərlə cənazəyə yoldaşlıq ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB