Aktrisa fotoqraflığa başlayıb

Tanınmış türk aktyoru Cansu Dere fotoqraflığa maraq göstərməyə başlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, aktrisa bu məqsədlə dünyanın dörd bir yanını gəzərək bir çox şəkillər çəkib. Çəkdiyi fotolara böyük maraqla yanaşan qalereya və firmalar bu barədə Cansu Dereyə müxtəlif təkliflər ediblər. Gözəl aktrisa sərgi açaraq çəkdiyi fotoşəkilləri satışa da təqdim etmək istəyir.

Qeyd edək ki, Cansu Dere sərgidən əldə etdiyi gəliri kimsəsiz və əlil uşaqlara sərf edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə