Azərbaycan yenə öndədir!

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov və onun heyəti, eləcədə, tarzən Humay Qədimova, kamança ifaçısı Sevinc Qədimova Fransa səfərindən qalibiyyətlə qayıdıblar. Humay SİA-ya açıqlaması zamanı bunları deyib: "Fransada əksəriyyət ölkələrin milli mətbəxinin sərgisi keçirilib. Tədbirə qatılan minlərlə iştirakçı Azərbaycan musiqisinin sədaları altında dünya mətbəxi ilə tanış olublar. Müxtəlif ölkələri tərənnüm edən təmsilçilər arasında birincilik Azərbaycanın payına düşüb. Bir neçə çeşiddə plovumuzun və müxtəlif yeməklərin dadına baxan iştirakçılar həm ağız dadının, həm də musiqi zövqlərinin dəyişdiyini etiraf ediblər".

Nəzərinizə çatdıraq ki, tədbir 3 gün davam edib. Humay və Sevinc Qədimovaların ifasında instrumental musiqilər səslənib. Onlar həm muğam parçaları, həm də rəqs havaları təqdim ediblər.

Qeyd edək ki, 3 günlük tədbir başa çatandan sonra təmsilçilərimiz növbəti səfər təklifini dəyərləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə