Türkiyənin tanınmış sənətçisi Sinan Akçıl və Hande Yenerin sevgili olduqları haqqında müxtəlif şayiələr gəzir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu dedi-qodular Sinan Akçılın tanınmış müğənni Hadisə ilə birlikdə olduğu vaxtlardan bəri var. Hər iki sənətçi həmin günlərdən indiyə qədər bütün söz-söhbətlərin yalan olduğunu desələr də, iddialara görə onlar Hande Yenerin evində görüşürlər. Bu dedi-qoduların yayılmasına səbəb isə gənc müğənni Sinan Akçılın avtomobilinin bir neçə dəfə həmin evin qarşısında görülməsi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB