Türk aktrisa psixoloqa müraciət edəcək

Türk aktrisa psixoloqa müraciət edəcək

Türkiyənin tanınmış aktrisası Çağla Şikel Emre Altuğ ilə ayrılıq xəbərlərinə münasibət bildirib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, boşanacaqları haqqında çıxan xəbərlər Çağla Şikelə psixoloji təsir edib. Gözəl aktrisa mətbuat nümayəndələrinə verdiyi açıqlamada Emre Altuğa olan eşqini dilə gətirərək ayrılıq söz-söhbətlərindən yorulduğunu bildirib: "Biz çox xoşbəxtik. Lakin mən bu xoşbəxtlikdən qorxuram. Doğrusu başlarda özümüz belə bu əlaqənin uzun müddət davam edəcəyinə inamırdıq. Emre mənə güvənmədiyini söyləsə də, mən özümü ona inandıra bildim. Onun baxışlarında hələ də mənə aşiq olduğunu hiss edirəm. Ayrılıq haqqında çıxan xəbərlər mənə çox pis təsir göstərir. Hətta bu səbəbdən gecələr yata da bilmirəm. Psixoloqa müraciət etmək istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə