Əməkdar artist Elza Seyidcahan itlərdən ibarət musiqi qrupu yaradıb. SİA xəbər verir ki, müğənni "ATV Maqazin" verilişində 3 itdən ibarət trio yaratdığını deyib.
Hətta əlavə edib ki, özü itlərə oxumaq öyrədir. İtlər üçün "Ham-ham" adlı mahnı bəstələyən bəstəkar-müğənni onlarla birgə duet də oxuyacaq.
Söhbət əsnasında heyvanlara xüsusi sevgisi olduğunu deyən E.Seyidcahan balıqlar üçün mahnı hazırladığını deyib. Yeni mahnısından nəqarət hissəni zümzümə etməyi də unutmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB