Hazırda yaradıcılığı ilə əlaqədar Türkiyədə olan Rəqsanə İsmayılova studiya çalışmalarını tamamlamaq üzrədir. SİA-nın verdiyi xəbərə görə, müğənni musiqiçi Özgür Arkun və onun heyəti ilə çalışır.
Bundan başqa, bu günlərdə əməkdar artist Zaur Əmiraslanovla internet vasitəsilə söhbət edən Rəqsanə, həmkarı ilə duet oxumağa qərar verib. O, Z.Əmiraslanovu Türkiyəyə dəvət edib. Dəvəti qəbul edən Z.Əmiraslanov yaxın günlərdə yola çıxacaq.
R.İsmayılova Gün.Az-a bildirib ki, İstanbula gələndən hər gün səhərdən gecə saatlarına qədər mahnılarının məşqlərində və studiya yazılışında iştirak edir.
"Yorğun günlərdi. Amma keyfiyyəti görəndə, yorğunluğu unuduruq", – deyən müğənni, İstanbulda yeni ev kirayələyərək, çalışmaq üçün özünə rahat məkan seçdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB