Justin Bieber ad gününü qeyd etməyə hazırlaşır

Justin Bieber ad gününü qeyd etməyə hazırlaşır

Kanadalı gənc müğənni Justin Bieber ad gününü qeyd etməyə hazırlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İngiltərədə olan sənətçi bu il doğum gününü qeyd etməyə erkən başlayıb. Gənc müğənni uzun müddətdir ki, sevgilisi, İngilis model və müğənni Ella-Paige Roberts Clarke və dostları ilə birgə gecə klublarından birində əyləniblər.

Qızların sevimlisi olan gənc sənətçi Justin Bieber doğum günü partisi üçün 10 min sterlinq məbləğində pul ayırdığı və Londondakı gecə məkanlarından birində qeyd edəcəyini bildirilib.

Qeyd edək ki, məşhur ulduz keçən həftə Manchesterdə verdiyi konsertdən sonra gecə klublarından birinə getmiş lakin yaşı az olduğundan qapıdan içəri keçə bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə