"Komandir həyat yoldaşımdır"

Tanınmış türk müğənnisi Sibel Canın keçmiş həyat yoldaşı Hakan Uraldan xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Canla evliliyində Engincan (20) və Melisa (17) adlı iki uşağı olan Ural 17 il aradan sonra üçüncü dəfə ata olub.

Hakan Ural çox sevindiyini, xoşbəxt olduğunu bildirib: "Bu üçüncü övladımdır. Lakin mən yenə həyəcanlandım. Çox gözəl bir hissdir. Allahın insana verdiyi ən böyük hədiyyədir. Qızımın adını Qisella qoyduq. Bu həyat yoldaşımın istəyidir. Evdə mənim sözüm keçmir. Komandir həyat yoldaşımdır ".

Bütün xəbərlər Facebook səhifəmizdə