ABŞ-ın Los Angeles şəhərində bu il ikinci dəfə Türk Film Festivalı təşkil edilib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, bu il festivala prodüserliyini Yılmaz Ərdoğanın etdiyi "Kelebeyin Rüyası" filmi damğasını vurub.
Hollywoodda tarixi Misir Teatrında keçirilən gecəyə Hollywoodun öndə gələn film tənqidçiləri, Los Angeles Baş konsulu Aydın Topcu, çox sayda amerikalı və türk kinosevərlər qatılıb. Gecənin əvvəlində jurnalistlərin suallarını cavablandıran Yılmaz Ərdoğan və həmkarı Belçim Bilgin Ərdoğan təqdimat mərasiminin Los Angeles kimi dünya kinosunun ürəyi olan bir şəhərdə keçirilməsinin çox qürurverici hiss olduğunu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB