Azərbaycanlı müğənni fərqli obrazda

Azərbaycanlı müğənni fərqli obrazda

Bu gün azərbaycanlı müğənni Milanın "Yaşandı" adlı klipinin mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə xalq artisti Flora Kərimova, müğənnilərdən Elariz Məmmədoğlu, Mila, Əbdül Xalid, Orxan Babazadə, Günay İbrahimli,bəstəkar Pərviz Mahmudov və Aygün İsmayılova, prodüsser Təranə Səmədova, media nümayəndələri və başqaları iştirak ediblər.

Təqdimata 90 dəqiqə gec başlayan ifaçı media nümayəndələrinin qınaq obyektinə tuş gəlib. Mərasim başladıqdan sonra tədbirə təşrif buyuran xalq artisti Flora Kərimova gec gəldiyi üçün hər kəsdən üzr istəyib.

Flora xanım səbəbkara dəstək olaraq Milanın ünvanına xoş sözlər ünvanlayıb. İfaçı xanım isə öz növbəsində xalq artistinə təşəkkürlərini bildirərək gördüyü işdən razı qaldığını da xüsusilə diqqətə çatdırıb.

Nəzərinizə çatdıraq ki, "Yaşandı" adlı mahnının sözləri Aygün İsmayılovaya, musiqisi isə Pərviz Mahmudova məxsusdur. Onu da deyək ki, klipin sujet xətti boyunca kədər, tənhalıq və fəryad yaşanır.

Qeyd edək ki, təqdimat mərasimi zamanı üzərində Milanın şəkli olan tort da kəsilib.

Bütün xəbərlər Facebook səhifəmizdə