Hande Yener braziliyalı model ilə

Türkiyənin tanınmış sənətçisi Hande Yenerdən xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, sənətçi yeni albom üzərində işləyir. "Kraliça" adlı albomun ikinci klipi "Bir Bəla" adlanır. Həmin klipin çəkilişləri zamanı Hande Yenerə braziliyalı model Victor Brandt də Querioz yoldaşlıq edib.

Nəzərinizə çatdıraq ki, sənətçinin yeni klipində Hande Yener və Victor Brandt də Querioz bir-birinin başına bəla olan amma heç vaxt ayrıla bilməyən 2 sevgilini canlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə