"Vaxtı çatıb, artıq deyirəm: iki il yarımdır ki, həyatımda eşq yoxdur. Əlaqə qurmaq istədiym kişilər var, amma onlar irəli addım atan kimi özümü geri çəkirəm. Kiçik problem yaranan kimi düzəni pozmaq istəmirəm. Ərə getməyi, ailə qurmağı 100 faiz istədiyim bir kişi tapa bilmədim. Bir kişi tapmadım ki, ürəyimi aça bilim, ona inanım, etibar edim..."
Türkiyənin tanınmış müğənnisi və şoumeni Hülya Aşvar "Elele" jurnalına müsahibə verərək fotosessiyaya çəkilib.
Hülya Avşarın dediyinə görə, qızı Zehranın halal süd əmmiş bir gənclə ailə həyatı qurmasını istəyir.
İllərdən bəri telekanallarda öz proqramlarını hazırlayan Avşar son vaxtlar aparıcılıq karyerasına fasilə verib.
Səbəbini isə o, belə izah edir: "Tok-şou janrını çox sevirəm. Suallar vermək, insanlara bələd olmaqdan ləzzət alıram. Amma hələlik bir qədər dincəlmək qərarına gəlmişəm. Acun Ilıcalı ilə çalışıram. Onunla işləmək çox rahatdır mənə. Səbəb də Acunun eqosunun olmamasıdır. Acun səhər ertədən işə başlayır, bütün gün çalışır. Mən də onunla işləyirəm. Onun şoularını öz proqramlarım sayıram. Bir-birimizə yük olmuruq. Mən ötürürəm, o qol vurur, ya da o ötürür, mən qol vururam".
Hülya Avşarın dediyinə görə, güclü xarakterə malik olduğundan sevgi münasibətlərində pis davranır.
"Özümü çox pis hiss edirəm və anlayıram ki, yanlış işlər görürəm. Rəzilcəsinə davranıram. Nə edim, Hülya Avşarlıqdır bu. Mən münasibətdə tam "əriyirəm". Əgər bəxtəvərəmsə, heç nəyi görmərəm", - müğənni deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB