Röya Ayxan Türkiyənin www.sizcene.com internet saytının keçirdiyi sorğuda "En İyi Çıkış Yapan Kadın Sanatçı 2012" nominasiyasında liderdir. SİA-nın verdiyi xəbərə görə, azərbaycanlı müğənni sorğuda iştirak edən müğənniləri yəni Hadisə, Funda Arar, Bengünü, Demet Akalın, Sıla, Hande Yener kimi məşhurları üstələyərək hazırda 156 xala sahibdir.

Qeyd edək ki, sözügedən portalda yer alan bir çox nominasiyalarda nominantlar sırasında xalq artistləri Flora Kərimova, Brilliant Dadaşova, Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayevanın da namizədliyi var.

Bütün xəbərlər Facebook səhifəmizdə