Azərbaycanlı müğənni qeyri-adi konsert verəcək

Azərbaycanlı müğənni qeyri-adi konsert verəcək

Müğənni Roza Zərgərli yenə yenilik edib. SİA-nın verdiyi xəbərə görə, bu dəfə müğənni PR manager Kamal Bilalovla birlikdə google sosial şəbəkəsindən istifadə edərək canlı yayımda olub, şəbəkədəki dostlarının suallarını cavablandırıb.

Xanım Zərgərli online konsert verəcəyini deyib. Beləliklə, dostlar müğənninin repertuarından eşitmək istədikləri mahnıların adlarını yazacaqlar. Roza da pianoda canlı ifalar edəcək.

Qeyd edək ki, Roza Zərgərli sosial şəbəkədə yetərincə fəaldır və Azərbaycan müğənniləri arasında İnstagram və Twitterdən ilk istifadə edənlər sırasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə