Samir Əliyev: “Kişiliyimi sübut edəcəm”

Samir Əliyev: “Kişiliyimi sübut edəcəm”

Azərbaycanın səs-küylü stilisti və başı qalmaqallardan açılmayan Samiraldo (Samir Əliyev) kişiliyinə şübhə ilə yanaşan insanlara sərt ismarıc göndərib. SİA-ya açıqlama verən Samiraldo hazırda həyatında bir çox qadınların olduğunu dilə gətirib: "Şəxsi həyatım barədə açıqlama vermək istəmirəm. Buna səbəb isə mətbuatda ən çox mənim qınaq obyektinə çevrilməyimdir. Artıq kişiliyimə dil uzadanlardan bezmişəm. Çünki mən də kişiyəm. Haqqımda söz-söhbətlərin yayılmasını istəmirəm. Yayılan şayiə elə məsələdir ki, heç kimə sübut edə bilmərəm. Kimin necə düşünməsinə baxmayaraq, ürəyim necə istəyir elə də hərəkət edirəm. Heç kimə də izahat verməyi düşünmürəm. Onu da nəzərinizə çatdırım ki, mənim həyatımda həmişə xanım olub, olacaq da . Bundan sonra da kişiliyimi kiməsə sübut edəsi deyiləm. Fikrimcə, övladım dünyaya gələndən sonra mənim kişi olub-olmadığım ortaya çıxacaq. Onu da deyim ki, ciddi geyim və kostyum geyinərək məni dırnaqarası kişi hesab edənlərə sübut etdim ki, mən də Azərbaycan oğluyam. Nəzərinizə çatdırım ki, Allahın qabağında alnıaçıq insanam. Tanrım mənə hər zaman düzgün yol göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə