Məşhur türk sənətçisi Ferdi Tayfurdan xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi villalarını satması üçün vəkalət verdiyi şəxs tərəfindən aldadılıb. 5 il əvvəl yarım qalan villaları ərazisi ilə birgə satmaq qərarına gələn Tayfur tikinti işlərinə nəzarət etmək üçün bir şəxslə tanış olub və bütün vəkaləti həmin adama verib. Villaların tikintisi tamamlandıqdan sonra 32 möhtəşəm villanın 26-ı satılıb. Lakin bütün bu ödənişlərdən sənətçiyə heç bir məbləğ verilməyib. Aldadıldığını başa düşən sənətçi polisə müraciət edib.
Nəzərinizə çatdıraq ki, hadisə ilə əlaqədar olaraq məlumat verən Esenköy Bələdiyyə Başçısı Özer Kapitan: "Ferdi Tayfur bizi həmişə ziyarət edərdi. O, evlərin yarımçıq qalan hissələrinin tamamlanması üçün inşaat firmalarından biri ilə müqavilə bağlayıb. Lakin villalar satıldıqdan sonra həmin adam yoxa çıxıb. Bu məsələdə özünü aldadan kimdir biz də bilmirik"- deyə qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB