Modelyer Fikrət Əliyev növbəti dəfə də tamaşaçıları maraqlı sərgi ilə heyrətləndirmək niyyətindədir. Bu haqda SİA-ya Fikrət bəyin piar meneceri Ceyran məlumat verib: "Yaxın günlərdə "Fikrət Collection" adı altında avanqard üslubda hazırlanmış çanta və ayaqqabıların nümayişi gözlənilir. Türkiyənin ayaqqabı fabriklərindən biri ilə artıq bu barədə razılıq da əldə olunub. Aprel və may aylarında Fikrət Əliyev "Apokolipisdən sonrakı geyimlər"adlanan sərgisinin ikinci hissəsinə start verəcək. Sərgi açıq havada nümayiş olunacaq. Təkcə geyimlər deyil, maraqlı aksesuarlar, avanqard üslublu ayaqqabı və çantaların da nümayişi gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB