Müğənni dayısını faciəli şəkildə itirdi

Müğənni dayısını faciəli şəkildə itirdi

Lirik melodiya üzərində yazılan və əksəriyyət müğənninin repertuarından eşidilən "Əziz dost" mahnısına yeni nəfəs veriləcək. SİA-nın verdiyi xəbərə görə, müğənni İlahə İbadovanın mahnıya müraciəti uzun illərə söykənir. Amma daxilindəki nisgil bu nəğməni göz yaşları içində səsləndirməyə vadar edib. Sənətçi nəhayət, mahını lentə yazdırmağa qərar verib və onu geniş publika ilə bölüşəcək. Onu kövrəldən səbəb isə əzizinin itgisidir: "Dayım bu mahnını canından çox sevərdi. Söz vermişdim ki, bir az böyüyüm mahnını onun üçün yazdıracam. Cavan idi. Onu günahsız öldürdülər. Hadisə dayımın toyuna 4 gün qalmış baş verib. Bu itgi bütün bir qohumlarıma böyük zərbə oldu. Mahnını uzun zamandan sonra hazırlayıram. Həmin nisgil ifamda yəqin ki, özünü göstərəcək".

Onu da nəzərinizə çatdıraq ki, sənətçi Ruslan Səfəroğluya məxsus yeni mahnı hazırlayır. Bu günlərdə Türkiyədə aranjeman olunub gələn mahnı studiyada lentə yazılır.

Bütün xəbərlər Facebook səhifəmizdə