Türkiyəninin məşhur aktyoru və müğənnisi Halil Sezai Bakıya gəlir. Bu barədə SİA-ya təşkilaçı Samir Xəttab məlumat verib: "Halil Sezai Azərbaycanda dinlənilən ifaçıdır. Təşkilatçı dostum Elşən Səfərsoy və mən düşündük ki, onu Bakıda konsert vermək üçün dəvət edək. Sezai də bizim təkliflə razılaşdı. Artıq müqavilə bağlamışıq. Yaxın zamanlarda konsertin gününü mətbuata açıqlayacayıq. Onu da deyim ki, Halil Sezainin konserti aparel ayında baş tutacaq. O, konsert zamanı tək olmayacaq. Türk sənətçisi azərbaycanlı ifaçıların biri ilə eyni səhnəni bölüşəcək".

Qeyd edək ki, Halil Sezainin Bakı pərəstişkarları üçün "facebook"da rəsmi fan səhifəsi artıq fəaliyyətə başlayıb. http://www.facebook.com/Halil.Sezai.Baku.Fans

Bütün xəbərlər Facebook səhifəmizdə