Azərbaycanlı müğənni özünü Tarkanla müqayisə etdi

Azərbaycanlı müğənni özünü Tarkanla müqayisə etdi

Son vaxtlar səsi maqazin verilişlərindən gələn biznesmen-müğənni Orxan Babazadə nəhayət, sözləri və musiqisi Ceyhun Əliyevə məxsus "Sən mənim gözəlimsən" adlı mahnısına klip çəkdirib. SİA-nın verdiyi xəbərə görə, rejissor Anar Hüseynovun ekran heyatı verdiyi bu klipdə Orxan tam fərqli bir imicdə görünüb. Klip boyu 3 kostyum dəyişən Babazadə avadanlığı Türkiyədən sifariş edib. Xatırladaq ki, Türkiyədən sifariş olunan bu avadanlıqdan ilk dəfə Türkiyənin "meqastarı" Tarkan kliplərində istifadə edilib.

Qeyd edək ki, Türkiyəyə böyük ümidlər bəsləyən Orxan yaxın günlərdə ora yola düşməyə hazırlaşır. İstanbulda türk məhşurları ilə görüşü gözlənilən Orxan yeni klipi "Sən mənim gözəlimsən"i Türkiyənin məhşur "Kral pop" musiqi telekanalına da təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə