Başı bəlalı repçi Hüseyn Dərya yenə həbsxanaya düşüb. SİA-nın verdiyi xəbərə görə, o, bir müddət əvvəl Gürcüstanda xoşagəlməz hadisə ilə üzləşib. Gürcülərlə söz davasına çıxan H.Dərya, qonşu ölkədə iki gün həbsdə qalıb: "Gürcüstandaydıq, gürcülərlə aramızda milliyyət söhbəti getdi, dalaşdıq. Bundan sonra bizim hamımızı həbsə saldılar. Bizdə heç bir günah yox idi. Günah gürcüdəydi, o, öz dilində haqqımızda xoşagəlməz ifadələr işlətdi. Mən də buna bərk əsəbləşdim. Mən onlara dedim ki, kartof satan deyiləm, Azərbaycanda populyar insanam. Onlardan hüquqlarımı tələb etdim. Ondan sonra bizi buraxdılar. Düşünməzdim ki, Gürcüstana səfərim həbslə yekunlaşacaq. Mənim ümumiyyətlə həyatda bəxtim gətirmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB