Məşhur türk teleserialı olan "Muhteşem Yuzyil" -ın Mahidevranı Nur Fettahoğludan xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, gözəl aktrisa bir neçə gün bundan əvvəl məkanların birindən çıxarkən mətbuat nümayənləri tərəfindən görüntülənib. Fettahoğlunun yanındakı şəxsin görünməməsi üçün çətirdən istifadə ediblər. Avtomobilə əyləşən sürücü və naməlum şəxs aktrisanı götürməyi unudublar. Fettahoğlu avtomobilin arxasınca "Məni aparmağıi unutdular" – deyə, gülərək gileylənib. Daha sonra Nur Fettahoğlunun avtomobildə olmadığını görən sürücü maşından düşərək xanımın əyləşməsinə kömək edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB