Azərbaycanlı müğənnilər arasında telekanalların birində "Kimin cibində nə qədər pul var?" adlı sorğu keçirilib. Sorğuda bir çox şou-biznes əhli iştirak edib. Həmin sorğunun nəticələrini sizlərə təqdim edirik:
Müğənni Əbdül Xalid pullarını cibindən çıxartmasa da 300 manatının olduğunu deyib.
Meyxana ustadları İntiqam və Ehtiram qardaşları hər zaman ciblərində 100 manat pul saxladıqlarını deyiblər.
Müğənni Natəvan Həbibi çantasından 12 dollar çıxarıb.
Müğənni Emin Bədəlov üzərində 22 manatın olduğunu söyləyib.
Müğənni Samir Priyev cibində 1500 dolların olduğunu dilə gətirib.
Əməkdar artist Almaz Ələsgərova pul kisəsindən 1000 manat çıxarıb.
Müğənni Elariz Məmmədoğlu cibindən 50 manat çıxarıb.
Müğənni Rəşad İlyasov pullarının hesabını dəqiq deməsə də 500 manatdan çox olduğunu deyib.
Müğənni Lalə Məmmədova çantasında 13 manat olduğunu etiraf edib.
Müğənni Elnarə Xəlilova çantasından pullarını çıxararaq cəmi 15 manatının olduğunu göstərib.
Həmkarlarının arasında ən varlı müğənni isə Vasif Məhərrəmli olub. O, pul kisəsindən pullarını çıxararaq sayıb və ümumilikdə 3800 manat pulunun olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB