Aybəniz Haşımova ölüb?

Azərbaycanın əməkdar artisti Aybəniz Haşımovanın ölüm xəbəri yayılıb. Onun bu xəbərini eşidən insanlar çaşqınlıq içinə düşüblər. Məsələ ilə bağlı əməkdar artistlə telefon əlaqəsi yaratdıq. Dəfələrlə zəng edərək xanım sənətçimizlə əlaqə saxlamağa cəhd etdik. Bir neçə dəfədən sonra zəngimizə cavab verən Aybəniz xanım hazırda çəkilişlərdə olduğunu dedi. SİA-ya açıqlama verən xanım Haşımova ölüm xəbərini isə təkzib etdi: "Hazırda çəkilişdəyəm. Səhhətimdə də heç bir problem yoxdur. Başım işlərimə qarışıb. Bu yaxın günlərdə Türkiyəyə səfər edəcəm. Oradakı mərasimlərin birinə qatılacam".

Bütün xəbərlər Facebook səhifəmizdə