Ayrılmayıblar

Tanınmış türk sənətçisi Yavuz Bingöldən xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, müğənninin uzun müddətdir, sevgili olduğu Öykü Gürmanla ayrıldığı iddia edilib. Bir neçə gün bundan öncə Gürman türk məkanlarının birində konsert verib. Onu dinləməyə gələnlər arasında sevgilisi Yavuz Bingöl də olub. O, jurnalistlərə ayrıldıqları haqqında yayılan iddialarının yalan olduğunu bildirib: "Əgər mən bu gün bura gəlmişəmsə deməli, bu söz-söhbətlər yalandı. Bizdən başqa kim nə deyirsə inanmayın, çox xoşbəxtik".

Nəzərinizə çatdıraq ki, cütlük həmin gecə məkandan birgə ayrılıblar. Öykü Gürmanın barmağındakı üzük mətbuat nümayəndələrinin diqqətindən qaçmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə