"Hilton" otelləri şəbəkəsinin varisi, amerikalı model və müğənni Paris Hiltondan xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, tanınmış müğənni türk kinofilmlərindən birində rol almağa hazırlaşır. Rejissoru Sinan Çetin olan "Yarmanı" adlı kinofilmdə Paris Hilton baş rolu canlandıracaq.
Nəzərinizə çatdıraq ki, filmin Los Angelesdə lentə alınması planlaşdırılır. Qeyd edək ki, məşhur model bundan əvvəl futbol üzrə Türkiyə yığmasının və İspaniyanın "Atletiko" klubunun yarımmüdafiəçisi Arda Turanla da reklam filmində rol alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB