"Hazal Kaya haqqında deyilənlərə inanmıram"

"Hazal Kaya haqqında deyilənlərə inanmıram"

Türkiyədə, o cümlədən Azərbaycanda böyük maraqla izlənilən "Adını Feriha Koydum " teleserialının Handesi Ceyda Ateşdən xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, aktrisa qonaq olduğu verilişlərdən birində Hazal Kaya ilə olan dostluğundan danışıb.

Teleserialın pərdəarxasında çox yaxşı yola getdiklərini bildirən aktrisa Hazalın göründüyü kimi olmadığını qeyd edib: "O, çox şən qızdır. Onunla birlikdə canlandırdığımız səhnələrdə çox gülürdük. Hazal haqqında yayılan şayiələrin heç birinə inanmıram. O, çox istedadlı aktrisadır".

Bütün xəbərlər Facebook səhifəmizdə