Qızına teleserialdakı adını verəcək

Qızına teleserialdakı adını verəcək

Türkiyənin illərdir təkrar-təkrar yayımlanan teleserialı "Doktorlar"-ın Elası Yasemin Ergendən xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, aktrisa 2011-ci ilin iyul ayında "Anadolu Holdinq" şirkətinin sahibi İzzet Özilhanla ailə qurub. Cütlüyün müəyyən müddətdən sonra qız övladları dünyaya gəlib. İndi isə ailəni yeni xəbər sevindirib. O, 2-ci övladını qucağına almağa hazırlaşır.

Nəzərinizə çatdıraq ki, 7,5 aylıq hamilə olan məşhur aktrisa bir neçə gün bundan öncə alış-veriş edərkən görüntülənib. İlk övladına qayınanası Emine Özilhanın adını verən Yasemin Ergen 1,5 ay sonra dünyaya gələcək qızına da "Doktorlar" teleserialında canlandırdığı Ela xarakterinin adını verəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə