Məşhur türk teleserialı "Benim İçin Üzülme"-nin pərdə arxasından xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, teleserialda Irmak xarakterini canlandıran Selin Şekerci ilə Harunu canlandıran Eren Hacısalihoğlunun sevgili olduqları ortaya çıxıb. Səhhəti ilə bağlı 3 gün xəstəxanada müalicə alan Şekerciyi sevgilisi tək qoymayıb. Eren Hacısalihoğlu bir an belə həmkarı və eyni zamanda sevgilisi olan Selin Şekercinin baş ucundan ayrılmayıb.
Nəzərinizə çatdıraq ki, bir müddət bundan əvvəl Hacısalihoğlu Badə İşçil ilə eşq yaşayıb, Şekerci isə Mehmet Ali Nuroğlu ilə ayrıladıqdan sonra şəxsi həyatı ilə gündəmə gəlməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB