Niyam Səlami nələr etmək istəyir?

Yaradıcılığında dayanmadan yeniliklər edən, yeni ifalar səsləndirən müğənni Niyam Səlami daha yeni bir mahnı üzərində işləyir. SİA-nın verdiyi xəbərə görə, bəstəsi Cavanşir Quliyevə məxsus olan, xalq artisti Aygün Kazımovanın ifasında səslənən "Novruz Gəlir" adlı mahnını Niyam Səlami ifa edəcək. Bir neçə gün bundan öncə Flora Kərimovanın repertuarına müraciət edən Niyam Səlami, bu mahnının da icazəsini xalq artistindən alıb. Bu mahnı layihə şəklində radio dalğalarının birində təqdim olunacaq. Niyam Səlamidən başqa bir neçə müğənni və jurnalistlər keçmiş mahnıları canlandırıb ifa edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə