"Aygün Kazımova gənc həmkarlarına ilişməsin"

Müğənni Xatun həmkarı Aygün Kazımovaya hirslənib. SİA-nın verdiyi xəbərə görə, səbəb iki gün əvvəl Aygünün verilişlərin birində özünü Hürrəm Sultan adlandırması olub: "Aygün özünə adlar qoyur. Gah deyir superstaram, şamplenayam, gah deyir divayam, və daha nələr. Hətta bu adlarla təqdim olunmaq üçün aparıcılardan, jurnalistlərdən xahiş edir. Hürrəm adını mənə İlhamə xanım verib və həmkarlarımın çoxu mənim həqiqətən də "Muhteşem yüzyıl" serialında Hürrəmi canladıran aktrisa Meryem Üzerliye bənzədiyimi deyirlər. Onlar İlhamə xanımın bu adı mənə doğru verdiyini vurğulayırlar. Bundan sonra Aygün mənimlə bəhsə girib bu adı da özününküləşdirmək istəyir. Bu, çox gülməlidir. Aygündə Hürrəmdən əsər-əlamət yoxdur. O, şou-biznesin ancaq Validə Sultanı ola bilər. Ona görə də yaxşısı budur gənc həmkarlarına ilişməsin".

Xatunu özündən çıxaran məqamlardan biri də Nura Surinin Aygününün özünü Hürrəm adlandırmasını dəstəkləməsidir. Müğənni həmkarının bu hərəkətindən dolayı ona da adı çəkilən serialdakı obrazlardan birinin adını yaraşdırıb: "Nura Suri Aygünə özünü yaxşı göstərmək üçün dəridən-qabıqdan çıxır. O, əsl Nigar Kalfadır, bayraq kimi o yana, bu yana əsir!"

Xatuna şou-biznesin Hürrəm Sultan adının verilməsi sənətkar Nisə xanım Qasımovanın da ürəyincə olub.

Məclislərin birində görüşdükləri zaman Nisə xanım Xatuna "bir halda ki İlhamə xanım sənə bu adı yaraşdırıb, onda sən gərək öz Hürrəmliyini sübut edəsən"-deyə dəstək olub.

Bütün xəbərlər Facebook səhifəmizdə